ONN İnformasiya Agentliyi

DƏHŞƏT: Azərbaycanda xəstə əməliyyatdan sonra ÖLDÜ

DƏHŞƏT: Azərbaycanda xəstə əməliyyatdan sonra ÖLDÜ
16 İyul 2019 - 23:48

Bərdə Müalicə-Diaqnostika Mərkəzində ölüm hadisəsi baş verib.

Rayonun Qazqurdalı kənd sakini, 1948-ci il təvəllüdlü Surxay Qəşəm oğlu Mirzəyev qarın boşluğunda yaranan küt ağrı səbəbindən Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib və dərhal əməliyyata alınıb. Lakin 71 yaşlı kişi əməliyyat olunduqdan bir saat sonra dünyasını dəyişib.

Yaxınları onun ölümünə səbəb olaraq həkim səhlənkarlığını göstərirlər.

S.Mirzəyevin meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. (BAKU.WS)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png