ONN İnformasiya Agentliyi

Hacıqabulda yol qəzası- Qadın sürücü…

Hacıqabulda yol qəzası- Qadın sürücü…
17 Avqust 2018 - 16:15

Hacıqabul rayonunda yol qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Aynur İsa qızı Xəlilovnın idarə etdiyi 99 LA 877 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png