ONN İnformasiya Agentliyi

İtlər yaşlı qadının meyitini parçaladılar – BAKIDA

İtlər yaşlı qadının meyitini parçaladılar – BAKIDA
22 Noyabr 2019 - 20:48

Bakıda 72 yaşlı qadının parçalanmış meyiti aşkarlanıb.

ONN media verir ki, paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsində həyətlərin birində üzərində xəsarətlər olan qadın meyiti tapılıb.

Araşdırma zamanı məlum olub ki, ölən şəxs ev sahibi, 1947-ci il təvəllüdlü Şəfiqə Məmmədhəsən qızı Əsədovadır.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadın bir neçə gün əvvəl yaşadığı evin həyətində yıxılaraq xəsarət alıb və aldığı xəsarətlərdən ölüb.

Tənha yaşayan qadının ölümündən heç kim xəbər tutmadığı üçün meyit bir neçə gün həyətdə qalıb. Nəticədə heyvanlar tərəfindən meyitə xəsarət yetirilib.(trend)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png