ONN İnformasiya Agentliyi

Maşın evinin qarşısında dayanan kişini vurdu

Maşın evinin qarşısında dayanan kişini vurdu
02 Noyabr 2018 - 2:39

Axşam saatlarında Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media report-a istinadla xəbər verir ki, rayonun Suqovuşan kəndi ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yaşadığı evin qarşısında 1981-ci il təvəllüdlü yerli sakin İsmayılov Bəxtiyar Səfər oğlunu vurub.

Avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralını Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png