ONN İnformasiya Agentliyi

Metroda növbəti problem- Nə baş verir?

Metroda növbəti problem- Nə baş verir?
02 Noyabr 2018 - 11:04

ONN media Baku.ws-ə istinadla xəbər verir ki, bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilib ki, “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar hardasa 5-6 dəqiqə gecikib.

Nəticədə “20 yanvar”, “Nizami”, “28 may”, “Gənclik”, “Nərimanov”, “Koroğlu”, “Neftçilər”, “Əhmədli” stansiyalarında sərnişin sıxlığı yaranıb.

Hadisə barədə ətraflı məlumat almaq üçün Bakı Metropolitenilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin əməkdaşı Bəxtiyar Məmmədov bildirib ki, problem qatardakı texniki nasazlıq səbəbindən yaranıb.

“Bu gün səhər “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb. Buna görə də, ümumi hərəkətdə ləngimə yaranıb”,- deyə Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi deyib ki, hazırda qatarların hərəkət qrafikində ləngimələr aradan qalxıb: “Hazırda metroda heç bir problem yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png