ONN İnformasiya Agentliyi

Narıngi ilə dolu yük avtomobili körpüdən aşdı

Narıngi ilə dolu yük avtomobili körpüdən aşdı
01 Noyabr 2018 - 14:31

Bu gün səhər saatlarında Şabran ərazisində “Mercedes” markalı yük avtomobili körpüdən aşaraq şəhər sakinin həyətinə düşüb.

ONN media xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobili yolunun 123-cü kilometrliyində, Şabran şəhəri ərazisindəki körpüdə baş verən qəza zamanı yük maşının sürücüsü yüngül xəsarətlər alıb. Avtomobilin düşdüyü həyətdə isə hadisə baş verən zaman heç kim olmadığından xəsarət alan olmayıb.

Qəza nəticəsində Azərbaycandan Rusiyaya narıngi daşıyan yük avtomobilinə ciddi ziyan dəyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png