Evdən külli miqdarda narkotik tapıldı

Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
ONN media xəbər verir ki, DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata əasən, avqustun 7-i daxil olmuş məlumat əsasında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Süleyman Hümbətov saxlanılıb. Onun üzərindən 14.03 qram marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən araşdırmalarla onun evinə baxış keçirilən zaman dolabda sellofan torbada gizlətdiyi 4 kiloqram 165 qram marixuana da aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.