Siroplu tortun hazırlanma qaydası

Siroplu tortun hazırlanma qaydası

ONN media oxucularına Siroplu tortun hazırlanma qaydasını təqdim edir:

  - 2 yemək qaşığı kakao tozu

- 1 paket qabartma tozu

- 1 paket vanil

- 3 ədəd yumurta

 - 2 çay stəkanı dolusu şəkər kirşanı

- 2 çay stəkanı dolusu un

 - 2 xörək qaşığı nişasta (qarğıdalı və ya kartof unu)

Kremi üçün:

- 1 paket kakaolu, çiyələkli və ya bananlı pudinq

- 750 qram süd- 2 paket krem şanti (istəyə görə müxtəlif meyvələrdə ola

bilər)

- Krem şanti üçün 2 çay stəkanı süd, (keksi islada bilmək üçün 1 çay stəkanı süd və 1 yemək qaşığı şəkər tozu)

Hazırlanma qaydası:

- Yumurtaları və şəkəri geniş bir qabda mikserlə yaxşıca qarışdırın. Digər ərzaqları da əlavə edib qarışdırmağa davam edin.

- Bütün ərzaqları qarışdıqdan sonra xəmir halına gəlmiş qarışığı, yağlı kağızla örtülmüş soba sinisinə tökün.

 - Keksi bişməsi üçün sobaya qoyun və kremini hazırlamağa başlayın.

- Pudinq üçün lazımlı olan südü bir qazana töküb və içərisinə pudinq boşaldın. Qaynayana qədər qarışdıraraq bişirin.

 - Pudinq bişincə bir kənara qoyun, bir paket krem şantini əlavə edib mikserlə yaxşıca qarışdırın.

 - Digər krem şanti və südü də bir qabda yaxşıca qarışdırıb soyuducuda gözləməyə qoyun.

- Keks bişincə süd və şəkərlə isladın. Arasını açıb, pudinqin yarısını əlavə etdikdən sonra qalan yarısı ilə də üzərini örtün. Soyuducudakı krem şanti ilə də üzərini bəzəyib tortu təkrar soyuducuya qoyun.

 - Soyuducuda ən az 3 saata qədər saxladıqdan sonra yaş tortu çayla süfrəyə verin.

Geri qayıt