ONN İnformasiya Agentliyi

Qubada orta məktəbdəki yanğından YENİ XƏBƏR

Qubada orta məktəbdəki yanğından YENİ XƏBƏR
22 Fevral 2019 - 20:30

Quba rayonunda məktəb binasında baş verən yanğının qarşısı alınıb.

ONN media xəbər verir ki, hadisə Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində baş verib.

Belə ki, odun peçindən taxta döşəmənin üstünə düşən köz parçaları səbəbindən məktəbin 3-cü mərtəbəsində yerləşən sinif otaqlarından birində tüstülənmə baş verib.

Hadisə dərsdən sonra baş verdiyindən xəsarət alan olmayıb.

Yanğın qısa müddət ərzində söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png