ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: Hərbiçimiz Kəlbəcərdə vəfat etdi

SON DƏQİQƏ: Hərbiçimiz Kəlbəcərdə vəfat etdi
14 İyun 2022 - 10:16

Hərbi Prokurorluq Kəlbəcərdə əsgər ölümü ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluqdan ONN media-ya verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Riyad Məmməd oğlu Əliyarovun 13 iyun 2022-ci il tarixdə Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində ölməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna daxil olmuş məlumat əsasında əməkdaşlar tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri hərəkətlər icra edilib.

“Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin olunacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png