ONN İnformasiya Agentliyi

Sumqayıtda ağac avtomobilin üstünə aşdı

Sumqayıtda ağac avtomobilin üstünə aşdı
17 Yanvar 2019 - 16:26

Sumqayıtda ağac avtomobilin üzərinə aşıb.

ONN media xəbər verir ki, hadisə Sumqayıt şəhəri 18-ci mikrorayonda baş verib. Aşan ağac 50-CE-953 dövlət nömrə nişanlı “Jiquli” markalı avtombilin üstünə düşüb.

Hadisədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png