ONN İnformasiya Agentliyi

Təkəri partlayan avtomobil aşaraq piyadanı vurdu

Təkəri partlayan avtomobil aşaraq piyadanı vurdu
31 Oktyabr 2018 - 23:13

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media report -a istinadən bildirir ki, yolu qarşı tərəfə keçmək istəyən 13-14 yaşlı Allahverdiyev Amin Ceyhun oğlunu avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb və ona tibbi yardım göstərilib. Yaralının hazırda yaxınları tərəfindən Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılması planlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Yaşı dəqiq qeydə almadıqları üçün təxmini 13-14 yaşı olduğu bildirilir.

Bundan əvvəl Yevlaxda təkəri partlayan avtomobil aşaraq piyadanı vurub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png