ONN İnformasiya Agentliyi

Toyuna gözləyirdilər, ölüm xəbəri gəldi…

Toyuna gözləyirdilər, ölüm xəbəri gəldi…
21 Noyabr 2019 - 22:37

Bu gün zəhərlənib dünyasını dəyişən tələbə nişanlı olub.

ONN media xəbər verir ki, Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmədən dünyasını dəyişən tələbə Qusar rayon sakinidir.

1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı Qusar rayonun Xurel kəndində doğulub. O, BDU-nun fizika fakultəsinin 4-cü kurs tələbəsi idi. Mərhum tələbə həmkəndlisi ilə nişanlı olub. Yaxın zamanlarda toyu olacaqmış. Yaxınlarının verdiyi məlumata görə, Ş.Xasmətova suşidən zəhərlənib.

Tələbənin meyiti tibbi ekspertiza olunduqdan sonra doğulduğu kəndə gətirilib dəfn olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png