ONN İnformasiya Agentliyi

Yol qaydalarını pozan sürücü saxlanıldı – Maşından oğurluq inəklər çıxdı

Yol qaydalarını pozan sürücü saxlanıldı – Maşından oğurluq inəklər çıxdı
28 Oktyabr 2019 - 21:47

Oktyabrın 27-də saat 7 radələrində Yevlax-Ağdam yolunun 17-ci km-də Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Səlimov idarə etdiyi “Toyota” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, sürücü özünü şübhəli apardığından nəqliyyat vasitəsindəki 2 baş inəklə birgə Bərdə RPŞ-yə təhvil verilib.

Araşdırmalar zamanı E.Səlimovun inəkləri həmin gün Qobustan rayon sakini Ə.Rizvana məxsus fermadan oğurlaması da müəyyən edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png