ONN İnformasiya Agentliyi

Son 3 gündə Bakıda hava necə olacaq? - PROQNOZ

Son 3 gündə Bakıda hava necə olacaq? - PROQNOZ
2-01-2021, 23:33

"Yaxın 3 gün ərzində ölkə ərazisində mülayim, xoş və əsasən yağmursuz hava şəraiti davam edəcəyi gözlənilir". ONN media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, səhər saatlarında bəzi dağlıq ərazilərdə duman düşəcəyi ehtimalı var. "Qərb istiqamətli, 5-10 m/s sürətli külək əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə -1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10 dərəcəyə yaxın isti gözlənilir. Dağlıq rayonlarda gecə 5-7 dərəcə şaxta, gündüz isə isə 3-8 dərəcəyədək isti gözlənilir. Bakıda və Abşeron yarımadasında ayın 3-ü və 4-nə keçən gecə yarımadanın bəzi ərazilərində çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi 7-12, arabir 15 m/s, havanın temperaturu səhər saatlarınd a5 dərəcəyə yaxın, gündüz isə +9-10 dərəcə yaxın olacağı gözlənilir". U.Tağıyeva qeyd edib ki, Qarabağda Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir: "Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 m/s, gündüz saatlarında arabir 15 m/s olacaq. Havanın temperaturu gecə -5-6 dərəcə, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png