ONN İnformasiya Agentliyi

13 yaşlı şahmatçımızdan beynəlxalq uğur

13 yaşlı şahmatçımızdan beynəlxalq uğur
29 İyul 2021 - 13:41

Azərbaycanın gənc şahmatçısı, öz yaş qrupunda üç dəfə Azərbaycan çempionu, dünya üçüncüsü, məktəbli şahmatçıların dünya ikincisi və 20-dən çox turunirin qalibi Fərid Orucov Serbiyada təşkil edilmiş iki beynəlxalq turnirdə uğurla çıxış edib.

ONN media xəbər verir ki, gənc şahmatçı Serbiyanın Paracin şəhərində keçirilən turnirdə reytinq əmsalını 66.4, Sent şəhərindəki turnirdə isə 100.8 punkt artıraraq beynəlxalq reytinq əmsalını 2206-ya yüksəldib.

Bununla da 13 yaşlı Fərid Orucov yaşıdlarını reytinq əmsalında üstələyərək birinci sırada qərarlaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png