ONN İnformasiya Agentliyi

Həcc vizası olmayanların NƏZƏRİNƏ

Həcc vizası olmayanların NƏZƏRİNƏ
07 May 2024 - 19:59

Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi Həcc vizası olmayan şəxslərin cərimə ediləcəyi barədə xəbərdarlıq yayıb.

ONN media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi “X” səhifəsində bildirilib.

Qeyd olunub ki, Həcc qaydalarını və müvafiq təlimatları pozanlara qarşı iyunun 2-dən etibarən cəza tədbirləri həyata keçiriləcək.

Qaydaları pozan şəxslər təxminən 2 675 ABŞ dolları məbləğində cərimə ediləcək. Eyni zamanda həmin şəxslər deportasiya olunacaq. Həmçinin bildirilib ki, qaydalar təkrar pozularsa, nəzərdə tutulan məbləğ ikiqat artırılacaq.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Azərbaycandan Həcc ziyarətinə 1500 nəfərlik kvota ayrılıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. İyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png