ONN media xəbər verir ki, bu dəqiqələrdə Bakıda “Qalatasaray” FK-nun Türkiyə çempionu olmasını qeyd etmək üçün azərbaycanlı azarkeşləri və Azərbaycanda yaşayan türkiyəlilər mərkəzi küçələrə axışıblar. Azarkeşlər böyük coşqu ilə qələbəni qeyd edirlər.
Qeyd edək ki, “Qalatasaray” tarixində 21-ci dəfə Türkiyə çempionu olub.