ONN İnformasiya Agentliyi

AFFA millimizi ona tapşırdı

AFFA millimizi ona tapşırdı
04 Mart 2024 - 18:42

Azərbaycan milli komandasının bu ay keçiriləcək yoldaşlıq oyunlarına kimin rəhbərliyi altında çıxacağı məlum olub.

ONN media AFFA-nın saytına istinadən xəbər verir ki, bu oyunlarda komandaya Arif Əsədov rəhbərlik edəcək.

Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev təmsil olunacaqlar.

Qeyd edək ki, Azərbaycan milli komandası FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png