ONN İnformasiya Agentliyi

Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib

Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
18 Yanvar 2020 - 19:30

ONN xəbər verir ki, “Arpaçay” karate klubunun və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə yanvarın 18-də Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən və sayca 5-ci olan ənənəvi beynəlxalq turnirin açılış mərasimi keçirilib.

İlk olaraq “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov bütün turnir iştirakçılarını və bütün qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında məlumat verdi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilməsindən sonra Yavər Hüseynov 20 yanvar şəhidlərinin xatirəsini anmaq üçün bir dəqiqə süküt elən etdi.

Daha sonra Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Ölkəmizdə bədən tərbiyəsi və idmana dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayan nazir müavini deyib ki, Azərbaycan dünyanın ən qabaqcıl idman dövlətlərindən biridir. Azərbaycanda paytaxtla yanaşı, regionlarda da idmanın sürətli və hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. İdmançılarımız ən nüfuzlu yarışlarda böyük uğurlar qazanır, Azərbaycan mötəbər turnirlərə yüksək səviyyədə ev sahibliyi edir.

AMPK-nın prezidenti Yaşar Bəşirov karatenin ölkəmizdə inkişaf etmiş idman növlərindən olduğunu qeyd edib. Bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi turnirə maraq ildən-ilə artır. Məqsəd gənclərin hərbi-vətənpərvərlik ruhunu yüksəltmək, idmanın bu növünün kütləviliyini artırmaq, gələcəkdə perspektivli idmançılar yetişdirməkdir.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Kikbosinq Federasiyasının prezidenti Adil Əliyev, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və çıxış edən digər natiqlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından və idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd edilib ki, müasir müstəqil Azərbaycanda bütün sahələr kimi bədən tərbiyəsi və idman da sürətlə inkişaf edir.

Sonda federasiya tərəfində Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Kikbosinq Federasiyasının prezidenti Adil Əliyev, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Gürcüstan Karate Federasiyasının prezidenti Kaxa Basilia, Turan Araşdırma Mərkəzinin sədr müavini Cavid İsmayıl, Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin Bakı şəhərində rəhbəri Bəxtiyar Əsgərov, iki sahil qəzetinin Baş redaktoru Vuqar Rəhimzadə və beynəlxalq turnirin təşkilində əməyi olan şəxslər təltif ediliblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
Arpaçay Open beynəlxalq turnirin açılış mərasimi keçirilib
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png