ONN İnformasiya Agentliyi

Azərbaycan boksçusu Serbiyada finala yüksəldi

Azərbaycan boksçusu Serbiyada finala yüksəldi
21 Oktyabr 2023 - 14:10

Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirində yarımfinal mərhələsinin döyüşləri keçirilib.

ONN media xəbər verir ki, Azərbaycan Boks Federasiyasından Axar.az-a verilən məlumata görə, yığmamızın bir idmançısı finala yüksəlib.

60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) yarımfinalda serbiyalı Stefan Kamoviçi məğlub edib. O, 3:0 (28:27, 29:26, 29:26) hesabı ilə qələbə qazanıb. Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.

Ruslan Rüstəmovla (63,5 kq) Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcəy”i bürünc medalla başa vurublar.

Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, üçüncü yeri tutublar.

Qeyd edək ki, yarışa 15 ölkə qatılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png