ONN İnformasiya Agentliyi

Bakıda olan erməni idmançılardan: Bura çox təhlükəsizdir, insanları yardımsevərdir – VİDEO

Bakıda olan erməni idmançılardan: Bura çox təhlükəsizdir, insanları yardımsevərdir – VİDEO
24 May 2019 - 13:41

ONN media xəbər verir ki, bu gün Bakıda start götürəcək aerobika üzrə Avropa Çempionatında erməni idmançılar da mübarizə aparacaq.

Rusiya millisinin heyətində yarışan Qarsevan və Duhik Canazyan bacı-qardaş artıq paytaxtımızdadır.

Azərbaycan hakimiyyəti tərəfindən verilən bütün təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Avropa Liqasının paytaxtımızda keçiriləcək final oyununa gəlməkdən imtina edən “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryandan fərqli olaraq, həmvətənləri heç bir problem yaşamadan ölkəmizə gəliblər.

Bu isə bir daha onu göstərir ki, Azərbaycan idmanı siyasətə qarışdırmır. Bakıdakı yarışlarlarda iştirak etmək istəyən istənilən erməni idmançının təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilir. Qarsevan və Duhik Canazyanın Bakıda keçirilən turnirdə iştirakı Mxitaryanın final oyununa gəlməməsinə görə Azərbaycanı günahlandıranlara növbəti layiqli cavabdır.

Milli Gimnastika Arenasında keçiriləcək aerobika üzrə Avropa çempionatında 22 ölkənin idmançıları mübarizə aparacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png