ONN İnformasiya Agentliyi

“Barselona” sevərlərə ÜZÜCÜ XƏBƏR

“Barselona” sevərlərə ÜZÜCÜ XƏBƏR
24 Oktyabr 2018 - 9:15

Qətərin “Əl-Sədd” klubunun formasını geyinən "Barselona"nın keçmiş futbolçusu Xavi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

ONN media xəbər verir ki, İtaliyanın “Corriere dello Sport” nəşrinə açıqlama verən ispan futbolçu, mövsümün sonunda futboldan gedəcəyini deyib:

“Hazırkı klubumla Asiya Çempionlar Liqasını qazanmaq istəyirəm. Bu mövsüm 99 faiz mənim üçün son olacaq. Ona görə də, karyeramı yeni bir titul qazanaraq bitirmək istəyirəm. Gələcəkdə məni nəyin gözlədiyini bilmirəm. Ən böyük arzum “Barselona”da məşqçi olmaqdır”.

1995-2015-ci illər aralığında “Barselona”da forma geyinən Xavi, 2015-ci ildə “Əl-Sədd” klubuna transfer olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png