ONN İnformasiya Agentliyi

Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq

Bu gün Azərbaycan millisi Kiprlə qarşılaşacaq
08 Sentyabr 2020 - 9:37

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.

ONN media xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Nikosiyada Kipr millisi ilə üz-üzə gələcək. Qarşılaşmanı slovakiyalı Filip Qlovanın başçılıq etdiyi hakim briqadası idarə edəcək.

C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub.

Lüksemburqla matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq, Kiprdə isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən çıxarılıb.

UEFA Millətlər Liqası

C liqası, I qrup

8 sentyabr

22:45. Kipr – Azərbaycan

Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka

Nikosiya. GSP stadionu

Qeyd edək ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png