ONN İnformasiya Agentliyi

Daha bir güləşçimiz DÇ-də ermənini məğlub etdi

Daha bir güləşçimiz DÇ-də ermənini məğlub etdi
26 Oktyabr 2018 - 15:17

ONN media xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı (DÇ) davam edir.

Yarışın yeddinci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. 

Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.

Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov (60 kq) qırğız güləşçi ilə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.

İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov (67 kq) 1/16 finalda erməni güləşçi Karen Aslanyanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz iki xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamranın növbəti mərhələdəki rəqibi ukraynalı olacaq.

Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov (87 kq) 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. O, növbəti turda Yunanıstandan olan idmançı ilə qarşılaşacaq. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png