ONN İnformasiya Agentliyi

Millimiz Yunanıstanı məğlub etdi

Millimiz Yunanıstanı məğlub etdi
02 Fevral 2021 - 22:49

Futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib.

ONN media xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Afinadakı Daiss İdman Sarayında Yunanıstanla üz-üzə gəlib.

Qarşılaşma millimizin qələbəsi ilə yekunlaşıb – 3:0.

İlk iki qol 2-ci dəqiqədə vurulub – Vassura və Eduardo Borges fərqləniblər. Üçüncü qolu isə 26-cı dəqiqədə Ramiz Çovdarov vurub.

Qrupumuzun başqa matçında Slovakiya bu dəqiqələrdə Moldovanı qəbul edir.

Xatırladaq ki, ötən cümə günü Azərbaycan Slovakiyaya 4:1 hesabı ilə qalib gəlib.

Bugünkü qələbədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Hələ xalı olmayan Yunanıstan isə sonuncudur.

Martın 4-də Azərbaycan Moldovanı, Slovakiya Yunanıstanı qəbul edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png