ONN İnformasiya Agentliyi

Özbəkistanlı idmançı: Bakıda tamaşaçıları çox bəyəndim

Özbəkistanlı idmançı: Bakıda tamaşaçıları çox bəyəndim
26 Aprel 2019 - 17:14

Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılara azarkeşlik etməyə gələn tamaşaçılar çox xoşuma gəldi.

ONN media xəbər verir ki, bunu Özbəkistandan olan gimnast Yekaterina Fetisova danışıb.

Özbəkistanlı idmançı deyib: “Tamaşaçılar bütün idmançıları fəal alqışlayır, hamıya azarkeşlik edirlər. O ki qaldı mənim çıxışıma, daha yaxşı çıxış edə bilərdim”.

Y.Fetisova əlavə edib ki, Milli Gimnastika Arenasını da çox bəyənib: Bakıda Milli Gimnastika Arenası çox gözəldir, bizim üçün yaxşı şərait yaradılıb, hər şey çox rahatdır”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.trend

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png