"Barselona"nın sabiq prezidenti dünyasını dəyişdi

"Barselona"nın sabiq prezidenti dünyasını dəyişdi


"Barselona"nın sabiq prezidenti Xosep Luis Nunyes vəfat edib.

ONN media İspaniya Futbol Federasiyasının (RFEF) rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, o, 87 yaşında  dünyasını dəyişib.

Xatırladaq ki, X.L.Nunyes 1978-ci ildən 2000-ci ilə qədər Kataloniya təmsilçisinin rəhbəri olub. Komanda bu müddət ərzində 7 dəfə İspaniya çempionu olub, 6 dəfə İspaniya Kubokunu qazanıb. "Barselona" onun prezidentliyi dövründə 1992-ci ildə ilk dəfə Çempionlar Liqasının qalibi olub.

Geri qayıt