"Barselona"nın sabiq prezidenti Xosep Luis Nunyes vəfat edib.
ONN media İspaniya Futbol Federasiyasının (RFEF) rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, X.L.Nunyes 1978-ci ildən 2000-ci ilə qədər Kataloniya təmsilçisinin rəhbəri olub. Komanda bu müddət ərzində 7 dəfə İspaniya çempionu olub, 6 dəfə İspaniya Kubokunu qazanıb. "Barselona" onun prezidentliyi dövründə 1992-ci ildə ilk dəfə Çempionlar Liqasının qalibi olub.