ONN İnformasiya Agentliyi

“Qarabağ” “Surix”lə nə vaxt oynayacaq?

“Qarabağ” “Surix”lə nə vaxt oynayacaq?
22 İyun 2022 - 19:55

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsveçrə “Sürix”i cavab matçının vaxtını açıqlayıb.

ONN media xəbər verir ki, iyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk görüşün vaxtı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, “Sürix” II təsnifat mərhələsində “Qarabağ” və Polşa “Lex”i arasındakı matçın qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png