ONN İnformasiya Agentliyi

“Qarabağ”a məğlubiyyət verildi

“Qarabağ”a məğlubiyyət verildi
23 Oktyabr 2018 - 14:12

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

ONN media Publika-ya istinadla xəbər verir ki, iclasda Topaz Premyer Liqasının VIII turunun “Qarabağ”-“Səbail” matçında “Qarabağ” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyi üçün Ağdam təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 8000 manat cərimə olunub.

Qeyd edək ki, Abbas Hüseynovun adı matçın iştirak ərizəsində olmadığı halda baş məşqçi Qurban Qurbanov “Qarabağ”-“Səbail” matçının onu ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana buraxıb.

Bu görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png