ONN İnformasiya Agentliyi

Qurban Qurbanova yeni vəzifə verilə bilər?

Qurban Qurbanova yeni vəzifə verilə bilər?
30 Mart 2024 - 9:30

İnanmıram ki, mənə AFFA-nın vitse-prezidenti vəzifəsi təklif edilsin.

ONN media xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov AFFA-nın vitse-prezidenti vəzifəsi təklifi gələrsə, qəbul edib-etməyəcəyi barədə ünvanlanan sualı cavablandırarkən deyib.

“Mənim missiyam, qarşıma qoyduğum məqsəd məşqçi kimi davam etməkdir. Çünki hazırda “Qarabağ”dayam. Bu kollektivlə, rəhbərliklə işləmək mənim üçün xoşdur. İşimiz burdadır. Müzakirə olunmayan mövzu haqda fikir bildirmək… Olsaydı, belə edərdim, onu edərdim. Belə məsələləri xoşlamıram. Bəli, İcraiyyə Komitəsinə namizədliyim verilib. Amma hələ təsdiq olunmayıb. Tam əmin olduqdan sonra insan fikirlərini tam inamlı şəkildə bildirir”, – Q.Qurbanov qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png