ONN İnformasiya Agentliyi

Ronaldonu qarət etdilər

Ronaldonu qarət etdilər
09 Oktyabr 2020 - 1:22

“Yuventus”un futbolçusu Kriştianu Ronaldo xoşagəlməz hadisə ilə üzləşib.

ONN media xəbər verir ki, portuqaliyalı hücumçunun Madeyra şəhərindəki villası qarət olunub.

Hadisə Portuqaliya və İspaniya yığmaları arasında qolsuz yekunlaşan yoldaşlıq oyunu zamanı baş verib. Naməlum şəxsin qarajdan evə daxil olması təhlükəsizlik kameralarına düşüb. Hələlik oğurlanan əşyaların siyahısı və dəymiş zərərin miqdarı açıqlanmayıb. Lakin 35 yaşlı forvardın imzalı oyun forması da daxil olmaqla, şəxsi əşyalarının götürüldüyü məlum olub.

Qeyd edək ki, Kriştianu Ronaldonun Madeyradakı mülkünün dəyəri 7 milyon funt sterlinqdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png