ONN İnformasiya Agentliyi

Türkiyə Bakını yox, Ər-Riyadı seçdi

Türkiyə Bakını yox, Ər-Riyadı seçdi
21 Oktyabr 2023 - 11:35

Türkiyə Super Kuboku uğrunda oyununun keçiriləcəyi ölkə müəyyənləşib.

ONN media xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyası (TFF) yayıb.

Bildirilib ki, son çempion “Qalatasaray”la kubokun qalibi “Fənərbağça” arasındakı matç Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunacaq.

Oyun dekabrın 30-na təyin edilib. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, görüşün Bakıda təşkil ediləcəyi ilə bağlı xəbərlər var idi. Lakin TFF prezidenti Mehmet Böyükekşi son açıqlamasında Səudiyyə Ərəbistanı variantının daha qazanclı olduğunu bildirmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png