ONN İnformasiya Agentliyi

UEFA-dan Belçika-İsveç oyunu ilə bağlı qərar

UEFA-dan Belçika-İsveç oyunu ilə bağlı qərar
19 Oktyabr 2023 - 17:14

Avro-2024-ün seçmə mərhələsində keçirilən Belçika-İsveç oyunu ilə bağlı qərar verilib.

ONN media xəbər verir ki, UEFA yarımçıq dayandırılan görüşün davam etdirilməməsini məqsədəuyğun bilib.

Qeyd edək ki, oktyabrın 16-da baş tutan matç zamanı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər öldürüldüyündən, komandalar ikinci hissədə meydana çıxmamışdılar.

Həmin vaxt hesab 1:1 olub. Qitə futbol qurumu ikinci hissənin oynanılmamasını, 1:1-in yekun hesab kimi qəbul edilməsini qərara alıb.

Bu üzdən F qrupunda yer alan komandaların hərəsinə 1 xal verilib. Sarı vərəqələr və vurulan qollar qüvvədə saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png