ONN İnformasiya Agentliyi

UEFA-nın yeni vitse-prezidenti Bakıda təyin edildi

UEFA-nın yeni vitse-prezidenti Bakıda təyin edildi
29 May 2019 - 23:38

İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubailes UEFA-ya vitse-prezident təyin olunub.

ONN media xəbər verir ki, bu barədə qərar UEFA-nın mayın 29-da Bakıda təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

İspaniyalı mütəxəssis bu postda adı korrupsiya qalmaqalında hallanan Almaniya Futbol Assosiasiyasının sabiq prezidenti Reinhard Qrindeli əvəzləyib.

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrit FIFA Şurasında Avropa nümayəndəsi təyin olunub.

Hər iki təyinat UEFA-nın 2020-ci ildə keçiriləcək konqresinədək nəzərdə tutulub.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png