ONN İnformasiya Agentliyi

“Zirə” səfərdə “Keşlə”ni MƏĞLUB ETDİ

“Zirə” səfərdə “Keşlə”ni MƏĞLUB ETDİ
21 Aprel 2021 - 21:22

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

ONN media  xəbər verir ki, günün ilk matçında “Keşlə” “Zirə”ni qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesabı “Keşlə” açıb. 45+2-ci dəqiqədə Sadio Tounkara fərqlənib.

Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıya qonaqlar daha fəal başlayıb. “Zirə”nin heyətində Rodriqo Bonqonqui 57-ci dəqiqədə tarazlığı bərpa edib. 5 dəqiqə sonra isə Nemanya Ancelkoviç hesabı komandasını önə keçirib.

Qeyd edək ki, günün digər matçında “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Cavab qarşılaşmaları aprelin 29-da olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png