ONN İnformasiya Agentliyi

Azərbaycan bu ölkəyə süd göndərə bilər

Azərbaycan bu ölkəyə süd göndərə bilər
04 Yanvar 2019 - 1:58

Azərbaycan Səudiyyə Ərəbistanına süd tədarükünə başlaya bilər.

ONN media xəbər verir ki, bunu trend-ə Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov deyib.

Onun sözlərinə görə, iki Azərbaycan şirkəti süd məhsulları ixrac edir – “Atena” şirkəti Yaxın Şərq ölkələrinə, “MPro” isə Rusiyaya.

S.Eyyubov qeyd edib ki, Assosiasiya qarşısında dayanan əsas məsələ daxili bazarın süd və süd məhsulları ilə təmin olunması, eləcə də bu məhsul üçün yeni standartların tətbiq olunmasıdır.

O əlavə edib ki, ölkədə südlük heyvandarlığın inkişafının stimullaşdırılması üçün addımlar atılır.

Qeyd edək ki, Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası 2018-ci ilin yanvarında yaradılıb. Hazırda Assosiasiya 20 şirkəti özündə birləşdirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png