ONN İnformasiya Agentliyi

Azərbaycan neftinin qiyməti

Azərbaycan neftinin qiyməti
25 Oktyabr 2018 - 2:27

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 78,46 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 2,08 dollar/barel azdır.

ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 23-də 77,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,15 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 23-də 74,11 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 2,53 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 23-də 78,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,21 dollar/barel azdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png