ONN İnformasiya Agentliyi

Azərbaycanda avtomobil benzininin istehsalı artacaq

Azərbaycanda avtomobil benzininin istehsalı artacaq
25 Oktyabr 2018 - 20:28

Gələn il Azərbaycanda 1 310,7 min ton avtomobil benzini istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 1,5% çoxdur.

ONN media ölkə.az -a istinadən xəbər verir ki, bu barədə 2019-cu il büdcə zərfində deyilir.

Məlumata görə, 2020-ci ildə 1 186,2 min ton, 2021-ci ildə 1 424,1 min ton, 2022-ci ildə 1 443,8 min ton avtomobil benzini istehsal olunacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən, ölkədə 1 291,3 min ton avtomobil benzini istehsal olunacağı ehtimal olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png