ONN İnformasiya Agentliyi

Azərbaycanın qeyri-neft ixracı artıb

Azərbaycanın qeyri-neft ixracı artıb
12 İyun 2018 - 16:02

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 19,3 faiz artıb.

ONN media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, kənd təsərrüfatı məhsullarının ixracında 12,9 faiz, sənaye məhsullarında isə 23,65 faiz artım müşahidə olunub:

"Hesabat dövründə xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin sayı 33,6 faiz artaraq 8979-a çatıb".

R.Məmmədov bildirib ki, ixrac olunan məhsulların çeşidi də 1936 növədək artıb: "Azərbaycanın böyük ixrac potensialı var".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png