Bayram günlərində taksilərdə qiymətlər artıb?

Bayram günlərində taksilərdə qiymətlər artıb?

Dekabrın 31-də Bakıda fəaliyyət göstərən taksi xidmətləri qiymətləri ikiqat qaldırıblar. ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə xeyli şikayətlər yazılıb. Vətəndaşların şikayətləri əsasən elektron qaydada sifariş qəbul edən taksi şirkətlərindəndir.

Bildirilir ki, qiymətlər baha olmaqla yanaşı sifariş etdiyi taksilər də vaxtında gəlməyib.

Faktı təsdiqləmək üçün bir neçə taksi şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, bayram günü yollarda tıxac olduğu üçün qiymətlərdə artım edilib və bu, günün pik saatlarında da eyni qayda üzrə tətbiq olunub.

Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, qanunla taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və ya bu fəaliyyəti təşkil edən şirkətlərin hər hansı bir tarifi müəyyənləşməyib:

“Ona görə də taksilər bayram günlərində qiymətləri artırırlar. Məlum olduğu kimi, bayramda bütün dövlət şirkətləri, özəl müəssisələr işçilərə ikiqat maaş ödəyir. Görünür, bundan taksi xidmətləri də istifadə edərək, gediş haqlarını ikiqat qaldırırlar. Eyni zamanda bu, sürücülərin özləri tərəfindən də təşəbbüs kimi qaldırıla bilər. Çünki bayram günü onlar da işləyirlər və yəqin ki, aşağı qiymət olarsa, evdən çıxıb maşın sürməyə həvəsləri olmaz. Bir növ şirkətlər də onları stimullaşdırmaq üçün qiyməti qaldırırlar”.

Geri qayıt