Dekabrın 31-də Bakıda fəaliyyət göstərən taksi xidmətləri qiymətləri ikiqat qaldırıblar. ONN media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə xeyli şikayətlər yazılıb. Vətəndaşların şikayətləri əsasən elektron qaydada sifariş qəbul edən taksi şirkətlərindəndir.
Bildirilir ki, qiymətlər baha olmaqla yanaşı sifariş etdiyi taksilər də vaxtında gəlməyib.
Faktı təsdiqləmək üçün bir neçə taksi şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, bayram günü yollarda tıxac olduğu üçün qiymətlərdə artım edilib və bu, günün pik saatlarında da eyni qayda üzrə tətbiq olunub.
Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, qanunla taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və ya bu fəaliyyəti təşkil edən şirkətlərin hər hansı bir tarifi müəyyənləşməyib:
“Ona görə də taksilər bayram günlərində qiymətləri artırırlar. Məlum olduğu kimi, bayramda bütün dövlət şirkətləri, özəl müəssisələr işçilərə ikiqat maaş ödəyir. Görünür, bundan taksi xidmətləri də istifadə edərək, gediş haqlarını ikiqat qaldırırlar. Eyni zamanda bu, sürücülərin özləri tərəfindən də təşəbbüs kimi qaldırıla bilər. Çünki bayram günü onlar da işləyirlər və yəqin ki, aşağı qiymət olarsa, evdən çıxıb maşın sürməyə həvəsləri olmaz. Bir növ şirkətlər də onları stimullaşdırmaq üçün qiyməti qaldırırlar”.



Bakıda taksi qiymətləri kəskin bahalaşdı
BNA-dan taksi qiymətləri ilə bağlı - AÇIQLAMA
Bakıda taksi qiymətləri bir gündə 2 dəfə bahalaşdı - VİDEO
Həftəsonu bu taksilər işləyə biləcək - DİN AÇIQLADI
Bakıda taksi xidmətləri kəskin bahalaşdı
Bakıda daha bir taksi şirkəti qiymətləri artırıb?
Bakıda taksi qiymətləri bahalaşdı
Taksi xidməti niyə bahalaşır? - Ekspert
Hərkəs bundan danışır- Sürücüsüz taksilər gəlir?
Taksilər bahalaşdı: BNA -dan ŞOK TAPŞIRIQ
Taksilər niyə bahalaşıb?
Daha bir taksi şirkəti ləğv olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 