Dollarla bağlı vacib QƏRAR

Dollarla bağlı vacib QƏRAR


İyunun 13-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin iclası keçirilib.

ONN media xəbər verir ki, FED uçot dərəcəsini 1,75- 2,0%-dək  qaldırıb.

Qeyd edək ki, bundan əvvəl FED  martın 21-də  uçot dərəcəsini artırmışdı

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb.

Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb

Geri qayıt