İyunun 13-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin iclası keçirilib.
ONN media xəbər verir ki, FED uçot dərəcəsini 1,75- 2,0%-dək qaldırıb.
Qeyd edək ki, bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırmışdı
Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb.
Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb