TAM "Saxta erməni soyqrımı" mövzusunda tədbir keçirib

TAM "Saxta erməni soyqrımı" mövzusunda tədbir keçirib


ONN media xəbər verir ki, "Turan Araşdırma Mərkəzi" Tarixin gerçək üzünü Azərbaycan və dünya ictimaiyyətinə, gənclərimizə bir daha tarixi əsaslarla çatdırmaq üçün bu gün diplomatik korpusun iştirakı ilə "Saxta erməni soyqrımı" mövzusunda Bakı Slavyan Universitetində tədbir keçirib.

Tədbirdə Bakı Slavyan Universitetinin Elmi işlər üzrə prorektoru prof. Rafiq Novruzov, Turan Araşdırma Mərkəzinin səd müavini, iqtisadçı alim, hüquqşunas Cavid İsmayıl, Millət Vəkili Adil Əliyev, tanınmış yazıçı publisist, jurnalist, tarixi romanların müəllifi, tarixçi, Turan Araşdırma Mərkəzinin idarə heyyətinin üzvü Yunus Oğuz, sosioloq, professor, Turan Araşdırma Mərkəzinin idarə heyyətinin üzvü Əhməd Qəşəmoğlu, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan icmasının sədri, filologiya üzrə fəlsəfi doktoru, dosent Əziz Ələkbərli, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin 2-ci katibi Tuğba Uzer, Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Camal Yanğın, Türkiyənin Azərbaycandakı Təhsil müşaviri Mahmud Ağırman, Yunus Əmrə institutunun müdiri Doc. Dr.Cihan Özdemir və başqa qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rafiq Novruzov ermənilərin aprelin 24-də bütün dünyada özlərinin saxta soyqrımı gününü qeyd etmələri məsələsinə toxundu və ətraflı danışdı.

Daha sonra çıxış edən tədbir iştirakçıları da bizim mənfur düşmənlərimiz in "soyqrım" adlandırdıqları bu hadisənin, əslində ümumilikdə türk dünyasında qarşı yönələn məkrli siyasət olduğunu bildirdilər. Çıxışçılar bu siyasətin qarşısını almaq məsələlərinə də toxundular. Tələbə və müəllim heyyətinin iştirak etdiyi tədbirdə erməni vəhşiliklərindən bəhs edilən "Tarixini unutma" sosial video çarxı nümayiş olundu. 


Geri qayıt