ONN media xəbər verir ki, "Turan Araşdırma Mərkəzi" Tarixin gerçək üzünü Azərbaycan və dünya ictimaiyyətinə, gənclərimizə bir daha tarixi əsaslarla çatdırmaq üçün bu gün diplomatik korpusun iştirakı ilə "Saxta erməni soyqrımı" mövzusunda Bakı Slavyan Universitetində tədbir keçirib.
Tədbirdə Bakı Slavyan Universitetinin Elmi işlər üzrə prorektoru prof. Rafiq Novruzov, Turan Araşdırma Mərkəzinin səd müavini, iqtisadçı alim, hüquqşunas Cavid İsmayıl, Millət Vəkili Adil Əliyev, tanınmış yazıçı publisist, jurnalist, tarixi romanların müəllifi, tarixçi, Turan Araşdırma Mərkəzinin idarə heyyətinin üzvü Yunus Oğuz, sosioloq, professor, Turan Araşdırma Mərkəzinin idarə heyyətinin üzvü Əhməd Qəşəmoğlu, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan icmasının sədri, filologiya üzrə fəlsəfi doktoru, dosent Əziz Ələkbərli, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin 2-ci katibi Tuğba Uzer, Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Camal Yanğın, Türkiyənin Azərbaycandakı Təhsil müşaviri Mahmud Ağırman, Yunus Əmrə institutunun müdiri Doc. Dr.Cihan Özdemir və başqa qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Rafiq Novruzov ermənilərin aprelin 24-də bütün dünyada özlərinin saxta soyqrımı gününü qeyd etmələri məsələsinə toxundu və ətraflı danışdı.
Daha sonra çıxış edən tədbir iştirakçıları da bizim mənfur düşmənlərimiz in "soyqrım" adlandırdıqları bu hadisənin, əslində ümumilikdə türk dünyasında qarşı yönələn məkrli siyasət olduğunu bildirdilər. Çıxışçılar bu siyasətin qarşısını almaq məsələlərinə də toxundular. Tələbə və müəllim heyyətinin iştirak etdiyi tədbirdə erməni vəhşiliklərindən bəhs edilən "Tarixini unutma" sosial video çarxı nümayiş olundu.



“Saxta erməni soyqırımı” mövzusunda tədbir keçirildi
TAM "Saxta erməni soyqırımı" mövzusunda tədbir keçirəcək
“Qədim Ön Asiya və Ön Qafqaz Türk Tayfaları” elmi əsərinin elmi müzakirəsi keçirilib- YENİLƏNƏCƏK
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - kitabının təqdimatı olub - Xəzər Universitetində
"Zəngəzur" toponiminin qədim etnogenez tarixi - ADPU-da
Turan Araşdırma Mərkəzi Azərbaycan Dövlət Pedoqoji Universitetində tədbir keçirdi
Cocuq Mərcanlıda vətənə məhəbbət mövzusunda tədbir keçirilib - FOTOLAR
“Turan Araşdırma Mərkəzi” nin sədri təltif edilib
"TAM"-ın təbliğatı uğurla başa çatdı
SADİQ QURBANOV: "Tanınmış professor koronavirusa yoluxub"
"Turan Araşdırma Mərkəzi" "Azərbaycan Xalq Cumhuriyyəti 100" mövzusunda beynəlxalq elmi praktik konfrans keçirəcək
Yunus Oğuz Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilib
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 