ONN İnformasiya Agentliyi

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib

TAP boru kəməri üzrə işlərin 75 faizi icra edilib
23 İyul 2018 - 19:25

“Trans-Adriatik” (TAP) boru kəməri üzrə işlərin 75 faizi icra olunub.

ONN media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.

“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP layihələri uğurla reallaşdırılıb və TAP boru kəməri üzrə işlərin 75 faizi icra olunub. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tikintisinin nəzərdə tutulan vaxtda başa çatdırılması ilə “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı və “Şahdəniz-2” qazının alıcısı Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi və tranzit rolu təmin ediləcək”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi və Azərbaycan qazı Bolqarıstan üçün mühüm əhəmiyyətə malikdir. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun vaxtında istismara hazır olacağı nəzərdə tutulur. Azərbaycan təbii qazı Bolqarıstanın qaza olan tələbatının 40 faizini təmin edəcək və dekarbonizasiyaya öz töhfəsini verəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png