ONN İnformasiya Agentliyi

Azərbaycanda məmur ÖZÜNÜ GÜLLƏLƏYİB ÖLDÜRDÜ

Azərbaycanda məmur ÖZÜNÜ GÜLLƏLƏYİB ÖLDÜRDÜ
23 Aprel 2020 - 18:31

Lerik rayonunda 43 yaşlı şəxs ov tüfəngi ilə özünü güllələyib.

ONN media xəbər verir ki, hadisə zamanı 1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub.

Yaralı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

İntihar edən şəxs ailəli olub və Lerik Rayon İcra Hakimiyyəti aparatında humanitar şöbəsində məsləhətçisi vəzifəsində çalışıb.

İlkin məlumata görə Q.Quliyevin intiharına xeyli miqdarda borclu olması səbəb ola bilər.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png