ONN İnformasiya Agentliyi

İçimizdə yetişdirilən satqın toxum!- CAVİD İSMAYIL YAZIR

İçimizdə yetişdirilən satqın toxum!- CAVİD İSMAYIL YAZIR
26 Avqust 2023 - 12:41

İçimizdə yetişdirilən satqın toxum!

Əsrlərdir başımıza açılan müsibətlər hər kəsə bəllidir. Çağdaş tariximizə nəzər salsaq, görərik ki, ötən əsrin sonlarından başımıza açılmayan müsibət qalmayıb. Dünyaya özlərini demokratiya carçısı-sülh quşu adı altında zaman-zaman sırıyanlar nədənsə yandırılan körpələrimizi, qarınları süngü ilə yırtılan hamilə qadınlarımızı, başı kəsilən ahıllarımızı, diri-diri borulara doldurularaq vəhşicəsinə öldürülən övladlarımızı, namusu ləkələnən qız- gəlinimizi, viran qoyulan şəhərlərimizi, kəndlərimizi, yurdlarımızı, dağıdılan qəbir evlərimizi, təhqir olunan dini məbədlər-Allah evlərimizi görməzdən gəldilər.
Bu gün artıq Azərbaycan qüdrətli bir ölkədir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli ordumuz və qəhrəman xalqımızın monolit birliyi ilə 44 günlük Vətən savaşında özünü korluğa qoyan dünyanın önündə öz halal hüquqlarını bərpa etdi və bununla da dünya hərb tarixində yeni səhifə açmaqla regionda yeni geosiyasi vəziyyət yaratdı. Bəli, bu gün Azərbaycan dövləti regionda söz sahibi və dünyada hesablaşılan bir ölkədir.
İndi həmin “sülh” sevdalıları Vətənin bu qüdrətini həzm edə bilmirlər. Ən acınacaqlısı odur ki, adı bizdən olan,amma şərəfini, ləyaqətini küçə qadınından aşağı səviyyədə satan bəzi antimilli, antidövlət tör-töküntüləri həmin məkrli dünya siyasətinin maşası olaraq Vətənə dil uzadır və Vətənə qarşı olan bütün qara qüvvələrlə eyni safda dururlar.

İndi bu qüdrətimizi həzm edə bilməyən erməni lobbisi və bir sıra Qərb institutları düşünüb yeni fitnə-şeytan yuvası yaradaraq ona “İştirak evi” adı veriblər.

Bunlar güya ki, müharibə əleyhdarlarıdırlar. İndi sual verirəm, bu günə qədər siz harada idiniz? Bəllidir ki, bu adda təşkilat yeni olsa da, bu ad altında komuflyaj olunan fitnə əməlin tarixi çox qədimlərə gedir. İnsanlığa qarşı separatizmi, terrorçuluğu müdafiə edən, belə antitürk təşkilatların niyyətləri bəllidir. Amma bacarmayacaqsınız! Əsla!
Sapı özümüzdən olan baltalara isə sözüm budur. Sizin istifadə tarixiniz onlar üçün çox qısadır!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png